Uzunmüddətli Kirayə Mənzillər

Yeni Evinizə
Xoş Gəlmisiniz

Badamdarın sakit guşəsində 2 bina, 16 mənzil. Balkonlu, dəniz mənzərəli, 
uzunmüddətli icarə üçün hazır.

Dəniz mənzərəli balkon, Badam Apartments
Layihə Haqqında

Şəhərin səs-küyündən
uzaq dəniz mənzərəli
yaşayış məkanı.

Badamdarın sakit və yüksək ərazisində yerləşən Badam Apartments uzunmüddətli icarə üçün nəzərdə tutulmuş 16 mənzildən ibarət yaşayış məkanıdır. İki binada yerləşən 2 və 3 otaqlı mənzillər rahat gündəlik həyat üçün düşünülmüş şəkildə planlaşdırılıb. Mənzillərin hər birində dəniz mənzərəli balkon, mətbəx mebeli, sanitar qovşaq, kombi və kondisioner mövcuddur. Badam Apartments həm ailələr, həm iş adamları, həm də şirkətlər üçün uzunmüddətli yaşayış imkanı yaradır. 

2 yaşayış binası

16 mənzil

Mərkəzə
rahat çıxış

Yeraltı parkinq

2 yaşayış binası

Yeraltı parkinq

Mərkəzə rahat çıxış

16 mənzil

Mənzil tipləri

2 otaqlı mənzil planı, 87,4 m², Badam Apartments

2 yataq otaqlı

Fərdlər və cütlüklər üçün rahat və funksional yaşayış imkanı yaradan planlaşdırma.

Yataq otağı2
Ümumi sahə87,4 m²
Mətbəx1
Sanitar qovşağı1
Eyvan3

3 otaqlı mənzil planı, 110,4 m², Badam Apartments

3 yataq otaqlı

Ailələrin rahat və komfortlu yaşayışı üçün düşünülmüş geniş planlaşdırma.

Yataq otağı3
Ümumi sahə110,4 m²
Mətbəx1
Sanitar qovşağı1
Eyvan4

Foto qalereya

Rahatlıq üçün hər şey bir arada

Rahatlıq üçün
hər şey bir arada

Təmirli və mebelli

Mənzillər təmirli şəkildə təqdim olunur,
istəyə uyğun olaraq mebel
təchizatı da təşkil edilir.

Lift

Hər iki binada sakinlərin rahatlığı
üçün lift mövcuddur.

İsitmə və soyutma

Hər mənzildə ilboyu komfortlu temperatur üçün kombi və kondisioner mövcuddur.

Kommunal rahatlıq

Elektrik enerjisi, su, qaz və
internetin fasiləsiz təminatı.

Uşaq meydançası

Ailələrin rahatlığı üçün ərazidə
uşaq meydançası olan kiçik
park nəzərdə tutulub.

24/7 təhlükəsizlik

Ərazi 24/7 videomüşahidə və
fasiləsiz mühafizə nəzarəti ilə qorunur.

Lokasiya

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,
3-cü massiv, ev 1763

Badam Apartments Badamdarın sakit, şəhərin səs-küyündən uzaq, mərkəzə isə rahat çıxış imkanına malik ərazidə yerləşir.

Mərkəzi Nəbatat Bağı15 dəq
Dağüstü Parkı15 dəq
Alov Qüllələri15 dəq
Dənizkənarı Bulvar15 dəq
DTX Hospital10 dəq
Qurd qapısı qəbiristanlığı15 dəq
"İçərişəhər" metrostansiyası20 dəq

Korporativ Müştərilər

İşçiləriniz və ya qonaqlarınız üçün

Şirkətinizin əməkdaşları və ya qonaqları üçün uzunmüddətli mənzil axtarırsınızsa, Badam Apartments uyğun seçimdir.
Badam Apartments-də 2 və 3 otaqlı, təmirli mənzillər uzunmüddətli icarəyə verilir. 

Şirkət ehtiyacından asılı olaraq bir və ya bir neçə mənzil icarəyə götürə bilər. 

İcarə rəsmi müqavilə ilə həyata keçirilir.
Korporativ müştərilər üçün xüsusi icarə şərtləri təqdim olunur.

Korporativ Müştərilər

İşçiləriniz və ya
qonaqlarınız üçün

Şirkətinizin əməkdaşları və ya qonaqları üçün uzunmüddətli mənzil axtarırsınızsa,
Badam Apartments uyğun seçimdir.

Badam Apartments-də 2 və 3 otaqlı, təmirli mənzillər uzunmüddətli icarəyə verilir.

Şirkət ehtiyacından asılı olaraq bir və ya bir neçə mənzil icarəyə götürə bilər. 
İcarə rəsmi müqavilə ilə həyata keçirilir. Korporativ müştərilər üçün xüsusi icarə şərtləri təqdim olunur.

Tez-tez verilən suallar

Mənzillər yalnız uzunmüddətli icarəyə verilir. Minimal icarə müddəti 6 aydır.

Layihə 2 binadan ibarətdir və ümumilikdə 16 mənzil təqdim olunur: 10 ədəd 2 otaqlı (87,4 m²) və 6 ədəd 3 otaqlı (110,4 m²).
Hər mərtəbədə 2 mənzil yerləşir.

Bəli. Ərazidə 25 avtomobil üçün nəzərdə tutulmuş yeraltı parkinq var. Hər bir sakinə yaşayış müddəti ərzində parkinq yeri təqdim olunur.

Mənzillər standart olaraq yalnız mətbəx mebeli ilə təhvil verilir. Əlavə ödənişlə mənzilin digər mebellərlə təchiz olunmasını da təşkil edə bilərik.

İlk 6 ay ərzində işıq, su, qaz və internet icarə haqqına daxildir. Sonrakı dövrdə isə bu xərclər icarə haqqına daxil deyil.

Bəli. Depozit 1 aylıq icarə haqqı məbləğindədir.

Bəli. Korporativ müştərilər üçün xüsusi icarə şərtləri təqdim olunur.

Bizə WhatsApp vasitəsilə yaza və ya zəng edə bilərsiniz. Sizə uyğun vaxtda mənzilə baxış təşkil edəcəyik.

Scroll to Top